Ana Sayfa > Karusel > Sabah yağış yağacaq, leysan olacaq - BAYRAM HAVASI

Sabah yağış yağacaq, leysan olacaq - BAYRAM HAVASI


5-07-2016, 13:36. Yazar: Xeberaz

Sabah yağış yağacaq, leysan olacaq - BAYRAM HAVASI

İyulun 6-da Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir. Səhər və axşam yarımadanın bəzi yerlərində qısamüddətli yağış yağacağı ehtimalı var. Ekologiya və Təbii Sərvətlər Nazirliyindən"Xəbəraz.az "-a verilən məlumata görə, şimal küləyi əsəcək. Abşeron yarımadasında gecə 20-24, gündüz 29-33, Bakıda gecə 22-24, gündüz 30-32 dərəcə isti olacaq.

Sabah Azərbaycanın rayonlarında bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Leysan xarakterli olacağı ehtimalı var. Qərb küləyi əsəcək, arabir güclənəcək.

Havanın temperaturu 20-25, gündüz 32-37, dağlarda gecə 12-17, gündüz 19-24 dərəcə isti olacağı gözlənilir.

Geri dön