Ana Sayfa > Karusel / Hadisə > BAKIDA DƏHŞƏTLİ SEVGİ DRAMI: 22 yaşlı qız son mesajında nə yazdı? - TƏFƏRRÜAT

BAKIDA DƏHŞƏTLİ SEVGİ DRAMI: 22 yaşlı qız son mesajında nə yazdı? - TƏFƏRRÜAT


5-07-2016, 11:20. Yazar: Xeberaz

BAKIDA DƏHŞƏTLİ SEVGİ DRAMI: 22 yaşlı qız son mesajında nə yazdı? - TƏFƏRRÜAT

Ötən gecə Bakı şəhərinin Nərimanov rayonunda, Arif Heydərov küçəsində yerləşən “Kosmos” yaşayış kompleksində baş vermiş dəhşətli intihar hadisəsi ilə bağlı bəzi məqamlar üzə çıxıb"Xəbəraz.az ".-ın əldə etdiyi məlumata görə, özünü binadan ataraq intihar edən 1994-cü il təvəllüdlü Sadıqova Zəhra Telman qızının 3-cü mərtəbədəki mənzildə kirayə yaşadığı məlum olub.

Qonşular bildiriblər ki, 22 yaşlı Zəhra bir müddət əvvəl həmin mənzilə köçübmüş və sevgilisi ilə birgə yaşayırmış. Bir neçə gün imiş ki, onun sevgilisi ilə münasibətləri pozulub. Son günlərdə zorakılıqla üzləşən qadın hətta üzündəki izləri gizlətmək üçün sifətini də bağlayıbmış.

Bildirilir ki, Z.Sadıqova 3-cü mərtəbədə yaşasa da, liftlə 16-cı mərtəbəyə çıxıb və pilləkən dəhlizinin eyvanından özünü atıb. O, özünü atmazdan əvvəl telefonu eyvana qoyub. Telefonda Zəhranın mesajları tapılıb. Son yazışmalarında 22 yaşlı qadın onu atan sevgilisinə bir daha onu görməyəcəyini deyib.

Qeyd edək ki, intihar edərkən Z.Sadıqovanın üzü bağlı olub. O, özünü binadan atarkən sevgilisinin xidməti formasını geyinibmiş.

Faktla bağlı başlanmış cinayət işinin istintaqı davam etdirilir.

Qeyd edək ki, 16-cı mərtəbədən özünü atan 22 yaşlı qız əvvəlcə 1-ci mərtəbədəki marketin damına, oradan isə yerə düşüb. Təcili Tibbi Yardım briqadası gələnədək o, keçinib.
Geri dön