Ana Sayfa > Karusel / Səhiyyə / M2 / Xəbəraz TV > Bitki dərmanları satanların peşəkarlığı yoxlanılmır - VİDEO

Bitki dərmanları satanların peşəkarlığı yoxlanılmır - VİDEO


2-07-2016, 20:50. Yazar: Xeberaz
Bitki dərmanları satanların peşəkarlığı yoxlanılmır - VİDEO
Yüksək məhsuldarlıq və ya zərərvericilərdən qorumaq üçün bəzən bitkilər dərmanlanır. Amma fermerlər bəzən istədikləri nəticəni ala bilmirlər. Nəticədə dərmanın keyfiyyəti və satıcının doğru dərman verib-verməməsi sual altında qalır.

"Xəbəraz.az " xezerxeber.com-a istinadən bildirir ki, fermerlər bir çox hallarda təsərrüfat üçün aldıqları dərmanların, yəni pestisitlərin keyfiyyətsiz olmasından, satıcıların kifayət qədər məlumatlı olmamasından şikayət edirlər. Nəticədə ya kifayət qədər məhsuldarlıq olmur, ya da sahə zərərvericilərdən qoruna bilmir.

Kənd təsərrüfatı üçün dərman vasitələri satanlar isə bunun günahını fermerin özündə görür.

Məsələ pestisitlərin keyfiyyətinə gəlincə isə, o zaman onların satıldığı məntəqələrə nəzarət məsələsi gündəmə gəlir.

Kənd Təsərrüfatı Nazirliyinin Fitosanitar Nəzarəti Xidmətinin rəisi Camal Quliyev qeyd edir ki, bu cür dərmanların keyfiyyətinə nəzarət edilir. Satış məntəqələrinə isə ancaq əsaslı şikayət olduqda yoxlamalar aparıla bilər.

Xidmət rəisi qeyd edir ki, dərman preparatlarının keyfiyyətinə, istehsal və ixracına nəzarət olunsa da, mağazada işləyən satıcının peşəkarlığı, mütəxəssis olub- olmaması yoxlanılmır. Bu, həmin mağazaları lisenziyalaşmasının tələb olunmaması ilə əlaqədardır.

Geri dön