Ana Sayfa > Karusel / Gündəm / M2 / İbadət > Bayram namazının vaxtı açıqlandı

Bayram namazının vaxtı açıqlandı


2-07-2016, 20:41. Yazar: Xeberaz

Bayram namazının vaxtı açıqlandı
Ramazan bayramı namazı iyulun 6-da qılınacaq.

"Xəbəraz.az "xəbər verir ki, bu barədə Məşhədi-Dadaş məscidin axundu, Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) səlahiyyətli nümayəndəsi Hacı Şahin Həsənli deyib. O, bayram namazının səhər saat 08:00 və 09:00-da qılınacağını deyib.

Axundun sözlərinə görə, namaz bütün məscidlərdə qılınacaq. "Təzəpir məscidində, Əjdərbəy məscidində, Məşhədi-Dadaş məscidində və s. məscidlərdə insanlar gəlib rahat şəkildə bayram namazlarını qıla bilərlər".

Mayın 26-da Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) Qazılar Şurası və Elmi-Dini Şurası Ramazan ayı ilə bağlı fətva verib. Ramazan ayının 1-i ayın görünməsi ilə miladi təqvimlə 7 iyun 2016-cı ilə təsadüf edib.

Qeyd edək ki, Fətvada Eydül-Fitr - Ramazan bayramının Şəvval ayının 1-i - Ayın üfüqi ərazimizdə görünməsinə istinadən iyul ayının 6-na təsadüf etdiyi qeyd edilir.
Geri dön