Ana Sayfa > Karusel / İdman / M2 > Bu gün Avro-2016-nın taleyi həll olunur

Bu gün Avro-2016-nın taleyi həll olunur


2-07-2016, 12:53. Yazar: Xeberaz


Bu gün Avro-2016-nın taleyi həll olunur
Bu gün Avro-2016-nın 1/4 final mərhələsində mühüm görüş baş tutacaq.
"Xəbəraz.az " xəbər verir ki, saat 23:00-da Bordo stadionunda Almaniya və İtaliya yığmaları üz-üzə gələcək.

Almaniya və İtaliya yığmaları turnir boyu ən yaxşı oyun göstərən komandalar kimi qəbul olunur. Mütəxəssislərin fikrincə, bu cütlüyün qalibi Avro-2016-nı çempion kimi başa vuracaq.

Qeyd edək ki, artıq Portuqaliya və Uels milliləri yarımfinala vəsiqə qazanıb.
Geri dön