Ana Sayfa > Karusel / Dünya / M2 > Ukrayna təyyarələri Azərbaycanda yığılacaq?

Ukrayna təyyarələri Azərbaycanda yığılacaq?


1-07-2016, 21:48. Yazar: Xeberaz

Ukrayna təyyarələri Azərbaycanda yığılacaq?
Ukrayna AN-178 tipli təyyarələrin Azərbaycanda yığılması üzrə müəssisənin ilkin proqramını, təşkilati strukturunu, tikintisini və fəaliyyətinin təmin edilməsini təqdim edəcək.

Trend-in məlumatına görə, bunu Ukrayna Baş nazirinin müavini, regional inkişaf, tikinti və mənzil-kommunal təsərrüfat naziri Gennadi Zubko Ukrayna-Azərbaycan İqtisadi əməkdaşlıq məsələləri üzrə birgə hökumətlərarası komissiyanın XI iclasında deyib.

Bununla bağlı razılıq birgə hökumətlərarası komissiyanın XI iclasında əldə olunub.

Onun sözlərinə görə, belə müəssisənin layihə gücü ildə 12-15 təyyarə təşkil edir.
Geri dön