Ana Sayfa > Karusel / Dünya / M2 > ABŞ öz ordusunu bu ölkədə yerləşdirir

ABŞ öz ordusunu bu ölkədə yerləşdirir


1-07-2016, 18:42. Yazar: Xeberaz
ABŞ öz ordusunu bu ölkədə yerləşdirir


ABŞ öz ordularını İslandiyada yerləşdirir.

"Xəbəraz.az " xəbər verir ki, bu barədə informasiyanı ABŞ mətbuatı yayıb.

Tərəflər arasında bununla bağlı razılaşma imzalanıb. Razılaşmaya əsasən, İslandiya hökuməti Vaşinqtona Keflavik aviabazasını icarəyə verməyi öhdəsinə götürüb. Rəsmi Reykyavik bu addımına Avropa və Şimali Atlantika regionunda vəziyyətin dəyişməsini söyləməklə haqq qazandırıb. ABŞ bu baza üçün 21,5 milyon dollar icarə haqqı ödəyəcək.

Qeyd edək ki, Keflavik bazası İkinci Dünya Müharibəsi zamanı tikilib. 1946-cı ildə İslandiya bu bazanı tam olaraq amerikalıların nəzarətinə verib. 2006-cı ildə Vaşinqton bazanı bağlamaq haqqında qərar qəbul edib.
Geri dön