Ana Sayfa > Karusel / Dünya / M2 > Əsəd: “Bütün müxaliflər terrorçu deyil”

Əsəd: “Bütün müxaliflər terrorçu deyil”


1-07-2016, 17:21. Yazar: Xeberaz

Əsəd: “Bütün müxaliflər terrorçu deyil”

Suriya Prezidenti Bəşər Əsədin Avstraliyanın SBS telekanalına verdiyi müsahibənin tam mətni yayılıb.
"Xəbəraz.az "xəbər verir ki, Əsəd Suriyada vəziyyətin pisləşməsinin bölgədə domino effekti yaradacağını deyib:

“Suriyada yalnız silahlı qruplar terrorçu təşkilat adlandırılmalıdır, bütün müxalifət yox. Suriyada vəziyyətin pisləşməsi bütün Yaxın Şərqdə domino təsiri yaradacaq. Ölkəmizin bəzi bölgələrində elan olunan atəşkəs hələ də qüvvədədir. Ancaq bu razılaşmanı pozan terror təşkilatları unudulmamalıdır. Bu anlaşmaya görə, terrorçuların hökumət qüvvələrinə hücumlarına cavab vermə haqqımız var”.

Əsəd Fransa və Səudiyyə Ərəbistanının təzyiqi ilə xeyli Suriya nazirinin istefa verdiyini də əlavə edib.

Geri dön