Ana Sayfa > Karusel / Dünya / M2 > İsrailə 100 min raket tuşlanıb - General

İsrailə 100 min raket tuşlanıb - General


1-07-2016, 16:51. Yazar: Xeberaz


İsrailə 100 min raket tuşlanıb - General
Gərək olacağı halda Livandakı 100 min raketimizi İsrailə yönləndirməyə hazırıq.

"Xəbəraz.az " xəbər verir ki, bunu əhaliyə müraciətində İran İslam İnqilabı Keşikçiləri Korpusunun komandir köməkçisi Hüseyn Səlami söyləyib.

Onun sözlərinə görə, İranın Fələstində də Livanda olduğu qədər raketi var:

“Başqa islam ölkələrində və gizli bölgələrdə atəş əmrini gözləyən on minlərlə raketimiz var. Onlar dünyanın ən qaranlıq yerini xəritədən silmək üçün əmr gözləyirlər. İsrail bir daha müsəlmanlara qarşı xəta edərsə, onu xəritədən siləcəyik. Bəzi bölgə dövlətləri İsrailə kömək edir. Bu dövlətlər sadəcə Amerikanın yardımı ilə işlərini görürlər. Onlar anlamalıdırlar ki, artıq Amerika da öz dostlarını qorumaq gücündə deyil. Vaşinqton ən səmimi dostlarını belə qoruya bilmədi”.
Geri dön