Ana Sayfa > Karusel / Dünya / M2 > Albert Qorun qızı həbs olundu

Albert Qorun qızı həbs olundu


1-07-2016, 16:49. Yazar: Xeberaz

Albert Qorun qızı həbs olundu
ABŞ-ın sabiq vitse-prezidenti Albert Qorun qızı Karenna Qor həbs olunub.

"Xəbəraz.az " xəbər verir ki, hadisə Boston ştatında baş verib.

Xanım Qor “Spektra Enerji” şirkətinə məxsus “Vest Roksburi” boru xəttinin inşa edildiyi bölgədə təşkil olunan etiraz zamanı həbs olunan 22 nəfər arasında olub.

Qeyd edək ki, nümayişçilər iqlim dəyişikliyi və təhlükəsizliklə əlaqədar etiraza qalxıb.

1992-2000-ci illərdə ABŞ-ın vitse-prezidenti olmuş Albert Qor hadisəyə münasibət bildirərək qızıyla qürur duyduğunu deyib.

Geri dön