Ana Sayfa > Karusel / Gündəm / M2 > Qənirə Paşayeva Obama ilə görüşdü – Foto

Qənirə Paşayeva Obama ilə görüşdü – Foto


1-07-2016, 15:55. Yazar: Xeberaz

Qənirə Paşayeva Obama ilə görüşdü – Foto
Qənirə Paşayeva Kamerunun Qadınların səlahiyyətlərinin genişləndirilməsi və Ailə naziri M.T. Abena Ondoa nee Obama ilə görüşüb.

"Xəbəraz.az " xəbər verir ki, millət vəkili görüş zamanı Azərbaycan həqiqətləri, 1 milyon azərbaycanlının, yüz minlərlə azərbaycanlı qadının Ermənistanın işğalı nəticəsində öz yurd-yuvalarından qaçqın və məcburi köçkün düşməsi faktı barədə ətraflı məlumatlar verib.

O deyib ki, Ermənistanın bu addımlarına laqeyd, seyrci qalınmamalı və səylər artırılmalıdır.

Nazir isə öz növbəsində beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığın daha da genişlənməsinin önəmini vurğulayıb.
Geri dön