Ana Sayfa > Karusel / Dünya / M2 > Tayvan Çinə raket zərbəsi endirdi

Tayvan Çinə raket zərbəsi endirdi


1-07-2016, 15:45. Yazar: Xeberaz

Tayvan Çinə raket zərbəsi endirdi
Tayvan ordusunun səsdən sürətli raketləri sınaqdan keçirilərkən raketlərdən biri yanlışlıqla Çin torpaqlarına düşüb.

Musavat.com-un xarici informasiya agentliklərinə istinadən verdiyi xəbərə görə, Tayvana məxsus Syunfen-3 tipli raket bir patrul gəmisindən buraxılıb.

300 km-lik məsafəyə uça bilən raket Çinə məxsus Peskador adalarından birinə düşüb.

Tayvanlı admiral Mey Çya-su insident barədə Çin tərəfinin məlumatlandırıldığını bildirib.

Qeyd edək ki, Çin Tayvanı öz torpağı hesab edir və onu müstəqil dövlət olaraq tanımır. Çin hər zaman Tayvanı yeri gələrsə, zorla öz nəzarəti altına qaytaracağını bəyan edir.

Maraqlıdır ki, insident Çin Kommunist Partiyasının 95 illik yubileyinə, habelə Tayvan prezidenti Tsay İnvenin ölkədə olmadığı vaxta təsüdüf edib.
Geri dön