Ana Sayfa > Karusel / Dünya / M2 > Avstriyada prezident seçkilərinin nəticələri ləğv olundu
Avstriyada prezident seçkilərinin nəticələri ləğv olundu1-07-2016, 15:30. Yazar: Xeberaz |
Avstriya Konstitusiya Məhkəməsi ölkədə keçirilən prezident seçkilərinin nəticələrini ləğv edib. "Xəbəraz.az " xəbər verir ki, radikal sağçı Avstriya Azadlıq Partiyasının (FPÖ) müraciəti əsasında aparılan araşdırma zamanı seçkilərdə qanunsuzluğa yol verildiyi müəyyən olunub. Məhkəmənin qərarı ilə prezident seçkiləri yenidən təşkil olunacaq. Ölkədə növbəti president seçkisinin payızın ilk ayında keçiriləcəyi gözlənilir. Xatırladaq ki, FPÖ sədri Kristian Ştraxe 8 apreldə baş tutan seçkilər zamanı saxtakarlığa yol verildiyini iddia edərək Konstitusiya Məhkəməsinə 150 səhifəlik müraciət ünvanlamışdı. Prezident seçkilərinin 22 mayda reallaşdırılan ikinci turunda Yaşıllar Partiyasından namizəd Aleksandr Van Der Bellen 50,3, radikal sağçıların namizədi Norbert Hofer 49,7 faiz səs qazanmışdı. Bu nəticə ilə Van Der Bellen Hoferi 31 min səslə qabaqlayaraq prezident seçilmişdi. Hazırki president Haynz Fişer yeni prezident seçilənə qədər vəzifəsini davam etdirəcək. Geri dön |