Ana Sayfa > Karusel / Dünya / M2 > Türk nobelçi “ABŞ-ın fəxri” siyahısına salındı

Türk nobelçi “ABŞ-ın fəxri” siyahısına salındı


1-07-2016, 14:52. Yazar: Xeberaz


Türk nobelçi “ABŞ-ın fəxri” siyahısına salındı
Türk əsilli nobelçi alim Əziz Sancarın adı Karnegi təşkilatının qısa siyahısına düşüb.

"Xəbəraz.az "xəbər verir ki, ABŞ-ın Nyu York şəhərində yerləşən Karnegi təşkilatı Əziz Sancarın adını 42 nəfərlik “Amerikanın fəxri: Möhtəşəm mühacirlər” siyahısına daxil edib.

Şotland əsilli ABŞ xeyriyyəçisi Endryu Karnegi tərəfindən 1911-ci ildə qurulan təşkilat demokratik cəmiyyətə və ölkənin güclənməsinə dəstək verən mühacirləri mükafatlandırır.

Qeyd edək ki, Əziz Sancar 2015-ci ildə kimya üzrə Nobel mükafatına layiq görülüb.
Geri dön