Ana Sayfa > Karusel / Dünya / M2 > NATO: “Biz 2012-də Rusiyaya təklif etmişdik...”

NATO: “Biz 2012-də Rusiyaya təklif etmişdik...”


1-07-2016, 14:24. Yazar: Xeberaz
NATO: “Biz 2012-də Rusiyaya təklif etmişdik...”
NATO Rusiya ilə konflikt axtarmır.

"Xəbəraz.az "xəbər verir ki, bunu “İnterfaks” agentliyinə müsahibəsində NATO Baş katibi Yens Stoltenberq söyləyib.

Onun sözlərinə görə, NATO yeni soyuq müharibə istəmir və bu müharibənin yalnız tarix olaraq qalmasını arzulayır:

“Bizim raket əleyhinə müdafiə sistemimiz Rusiyaya qarşı yönəlməyib. Rumıniya və Polşa Avropadakı NATO ölkələrinin Yaxın Şərq və digər istiqamətlərdən gələcək təhdidlərin qarşısını almaq üçün optimal dislokasiya məkanlarıdır. 2012-ci ildə NATO-nun Çikaqo sammiti zamanı biz Rusiyaya bu istiqamətdə birgə işləməyi təklif etdik. Rusiya o zaman bundan imtina etdi. Mən Rusiya rəsmilərini daha praqmatik olmağa səsləyirəm”.
Geri dön