Ana Sayfa > Karusel / Təhsil / M2 > 1812 magistrə əsgərlikdən möhlət hüququ verilib

1812 magistrə əsgərlikdən möhlət hüququ verilib


1-07-2016, 14:19. Yazar: Xeberaz
1812 magistrə əsgərlikdən möhlət hüququ verilib

Xəbər verdiyimiz kimi, 2016/2017-ci tədris ili üçün ali təhsil müəssisələrinin və AMEA-nın magistraturalarına müsabiqənin nəticələri artıq bəllidir. Müsabiqənin nəticələrinə əsasən, ixtisaslaşma seçimində iştirak edən 6336 bakalavrdan 5175 nəfəri respublika ali təhsil müəssisələrinin magistraturalarına qəbul olunub.

"Xəbəraz.az " xəbər verir ki, Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) aparıcı məsləhətçisi Xanlar Xanlarzadə "modern"ə açıqlamasında bu il 1812 nəfəri oğlanın magistraturaya qəbul olunduğunu deyib. Onun sözlərinə görə, ümumilikdə magistraturaya qəbul olunanlar daha çox MBA proqramı istiqamətini seçiblər: “Magistr adını qazananların əksəriyyəti MBA proqramı istiqamətini seçiblər. Buna əsas səbəb odur ki, MBA-da istənilən ixtisas proqramlarını seçmək olur”.

Bu il magistraturaya qəbul olunanlardan 2205 nəfəri dövlət sifarişi, 2970 nəfəri isə ödənişli əsaslarla təhsil alacaqlar. Onlardan 3103 nəfəri ali təhsil müəssisələrinin cari, 2072 nəfəri isə əvvəlki illərin məzunudur.
Geri dön