Ana Sayfa > Karusel / İqtisadiyyat / M2 > Azərbaycana gətirilən bu meyvədə xəstəlik tapıldı

Azərbaycana gətirilən bu meyvədə xəstəlik tapıldı


1-07-2016, 14:14. Yazar: Xeberaz
Azərbaycana gətirilən bu meyvədə xəstəlik tapıldı

Kənd Təsərrüfatı Nazirliyi (KTN) yanında Dövlət Fitosanitar Nəzarəti Xidməti 1150 kiloqram Keniya mənşəli avokado meyvəsinin göbələk mənşəli xəstəliyə yoluxduğunu və mikotoksinlərin yüksək dərəcədə olduğunu müəyyənləşdirib.

KTN-in mətbuat xidmətindən APA-ya bildirilib ki, meyvələr Niderland Krallığından Azərbaycana idxal olunub. Meyvənin qidaya yararsız olduğu bildirilib və dövriyyədən çıxarılması üçün "Təmiz Şəhər" ASC-yə məxsus Bakı Bərk Məişət Tullantıları zavodunda karantin tədbirləri sisteminə riayət etmək şərtilə termik üsulla məhv edilməsi qərara alınıb.Milli.Az
Geri dön