Ana Sayfa > Karusel / Maraqlı / Foto-fakt / Xəbəraz TV > Türkiyənin ən böyük körpülərindən birində saatda 400 km-lik şou - VİDEO - FOTO

Türkiyənin ən böyük körpülərindən birində saatda 400 km-lik şou - VİDEO - FOTO


1-07-2016, 13:52. Yazar: Xeberaz
Türkiyənin ən böyük körpülərindən birində saatda 400 km-lik şou - VİDEO - FOTO

Türkiyənin ən böyük körpülərindən biri, iki sahili birləşdirən Osmanqazi körpüsü istifadəyə verilib.

Milli.Az anspress-ə istinadən bildirir ki, körpünün açılışını prezident Rəcəb Tayyib Ərdoğan edib.

Ərdoğan Ramazan bayramı günlərində təzə körpüdən keçidin pulsuz olacağını deyib. Nəqliyyat naziri Ahmet Arslan isə körpünün keçid haqqının ümumillikdə 88 lira (40 manat) olacağını bildirib.

Bu körpü İstanbul ilə Türkiyənin ən böyük şəhərlərindən biri olan İzmir arasındakı məsafəni 3,4 saata qədər azaldacaq. İnşaat işləri 39 ay davam edib. Köprü bəzi detallarına görə dünyanın ən böyük asma körpülərindəndir.

Türkiyənin rekordsmen milli motosikletçisi Kənan Sofuoğlu da açılışdan bir gün öncə körpüdə sürət şousu nümayiş etdirib. O, 1,5 km uzunlüğü olan körpüdə 400 km/saat sürət yığa bilib. Sofuoğlu Gebze-Orhangazi-İzmir magistralının ən böyük hissəsi olan körpünü 30 saniyədə keçə bilib. O, "Kawasaki H2R" model motosikleti ilə körpüdə ən yüksək sürəti yığan sima olub.

Körpüdəki sürət yoxlaması açılışdan bir gün öncə baş tutub.

Bu gün də o eyni yoxlamanı təkrarlayıb. Lakin hava şəraitinə görə sürəti 385 km/saat olub.

İkinci şoudan sonra idmançı ilə prezident arasında qısa dialoq da baş tutub. Ərdoğan Kənan Sofuoğlunu Albaniyanın baş naziri Edi Ramaya: "Özü balaca bir şeydir, amma..." - deyə təqdim edib.

Prezident şousuna görə motosikletçini təbrik edib: "Kənan, bizi dəli etdin... Dənizə doğru gedirsən. Üzmək də bilmirsən..."

Geri dön