Ana Sayfa > Karusel / Gündəm / Dünya / M2 > ABŞ-dan daha bir Qarabağ açıqlaması

ABŞ-dan daha bir Qarabağ açıqlaması


1-07-2016, 13:08. Yazar: Xeberaz
ABŞ-dan daha bir Qarabağ açıqlaması

ABŞ Dövlət Departamenti dövlət katibi Con Kerrinin Ermənistan və Azərbaycan prezidentlərinə telefon zəngini şərh edib.

ANS-in məlumatına görə, Dövlət Departamentinin mətbuat katibi Con Kirbi ənənəvi brifinqdə deyib ki, ABŞ münaqişənin sülh yolu ilə həll olunmasını istəyir.

"Şübhəsiz ki, danışıqlar zamanı Dağlıq Qarabağ münaqişəsi barədə müzakirələr aparılır. Biz münaqişənin sülh yolu ilə nizamlanmasını istəyirik”, - Kirbi bildirib.
Geri dön