Ana Sayfa > Karusel / Hadisə > Maşın bazarının 1/3 hissəsi yanıb - RƏSMİ MƏLUMAT

Maşın bazarının 1/3 hissəsi yanıb - RƏSMİ MƏLUMAT


1-07-2016, 11:28. Yazar: Xeberaz
Maşın bazarının 1/3 hissəsi yanıb - RƏSMİ MƏLUMAT

Fövqəladə Hallar Nazirliyi Bakı şəhəri, Xətai rayonunda ümumi sahəsi 3000 kv.m olan avtomobil ehtiyat hissələri satışı bazarında baş vermiş yanğınla bağlı məlumat yayıb.

"Xəbəraz.az "-ın FHN-nin saytına istinadən verdiyi məlumata görə, yanğın zamanı mağazaların, piştaxtaların yanar konstruksiyaları və içərisində olan müxtəlif boyalar və avtom"obil ehtiyat hissələri 930 kv.m sahədə yanıb.

Bazarın qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın saat 22:59-da yanğınsöndürənlər tərəfindən söndürülüb.


Geri dön