Ana Sayfa > Karusel / Dünya > Türkiyə ordusu terrorçuların sığınacağını bombaladı

Türkiyə ordusu terrorçuların sığınacağını bombaladı


1-07-2016, 11:16. Yazar: Xeberaz
Türkiyə ordusu terrorçuların sığınacağını bombaladı

Ötən gecə Türkiyə Silahlı Qüvvələrinə məxsus döyüş təyyarələri Şimali İraqda növbəti hərbi əməliyyat keçirib.Hərbi əməliyyat nəticəsində Şimali İraqdakı PKK düşərgələri və sığınacaq yerləri bombardman edilib.

Bundan başqa, PKK-nın dağlıq bölgələrdə, xüsusilə də mağaralarda qurduqları sığınacaq yerləri vurulub.

Əməliyyat nəticəsində onlarla PKK terrorçusunun öldürüldüyü və külli miqdarda ərzaq və silah anbarlarının məhv edildiyi güman olunur.

Sözügedən əməliyyatla bağlı hələlik Türkiyə Silahlı Qüvvələri hər hansı açıqlama vermir.


Geri dön