Ana Sayfa > Karusel / Hadisə > Bakı-Lənkəran avtobusu qəzaya düşdü

Bakı-Lənkəran avtobusu qəzaya düşdü


30-06-2016, 17:59. Yazar: Xeberaz
Bakı-Lənkəran avtobusu qəzaya düşdü
Bakı - Lənkəran sərnişin avtobusu qəzaya düşüb.

"Xəbəraz.az məlumatına görə, hadisə Ələt-Astara magistral yolunun Salyan rayonunun Yenikənd kəndi ərazisindən keçən hissəsində baş verib.

Bakı şəhər sakini Şahpələng Qasımov idarə etdiyi “Mercedes” markalı sərnişin avtobusu ilə Bakı istiqamətində hərəkətdə olarkən Salyanın Qırxçıraq kənd sakini, 51 yaşlı Fərhad Fazil oğlu Məmmədovun idarə etdiyi “Vaz-21011” markalı avtomobili ilə toqquşub.

Nəticədə avtobusun sərnişinləri müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. “Vaz-21011” markalı avtomobil isə deformasiyaya uğrayıb, sürcü ağır bədən xəsarətləri alıb. Yaralılar Salyan Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb, ilkin tibbi yardım göstərildikdən sonra travmatologiya şöbəsinə yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.
Geri dön