Ana Sayfa > Karusel / Hadisə / M2 > Qubada 18 yaşlı oğlan 84 yaşlı qadını boğaraq öldürdü

Qubada 18 yaşlı oğlan 84 yaşlı qadını boğaraq öldürdü


30-06-2016, 13:06. Yazar: Xeberaz

Qubada 18 yaşlı oğlan 84 yaşlı qadını boğaraq öldürdü

Quba rayonunda dəhşətli qətlin üstü açılıb.

"Xəbəraz.az " bildirir ki, Rayon Polis Şöbəsindən APA-ya verilən məlumata görə, rayonun Amsar kənd sakini, 18 yaşlı İmran Aslanov polis tərəfindən şübhəli şəxs qismində tutulub.

Araşdırmalar zamanı onun bu ilin mart ayının 21-də Quba rayon sakini, 84 yaşlı Gülpəri Musayevanın yaşadığı evə qarət məqsədi ilə girərək ev sahibəsini boğaraq qətlə yetirməsi müəyyən edilib.

İ. Aslanov polisə ifadəsində törətdiyi əməli etiraf edib. O qeyd edib ki, ahıl qadını öldürdükdən sonra mənzildən 103 manat pul aparıb. Qadını da heç kimin görmədiyi ərazidə torpağa basdırıb.

Ekspertlərin iştirakı ilə meyit eksqumasiya edilib.
Geri dön