Ana Sayfa > Karusel / Şou-Biznes > Dünya ulduzları: “Dualarımız türk xalqı üçün”

Dünya ulduzları: “Dualarımız türk xalqı üçün”


30-06-2016, 12:32. Yazar: Xeberaz
Dünya ulduzları: “Dualarımız türk xalqı üçün”

Dünyanın məşhur simaları İstanbul Atatürk Hava Limanında baş verən terror hücumuna reaksiya verib.

"Xəbəraz.az "xəbər verir ki, hadisəyə münasibət bildirən məşhurlar arasında Madonna, Enriki İglesias, Naomi Kempbel, Paris Hilton, məşhur hind aktyorları Ritik Roşan, Arcun Kapur və Mahirə Xan, amerikalı müğənnilər Şer, Pink ve Lienn Rayms və aktyor Cared Leto ve Eliya Vud, Əpl-ın CEO-su Tim Kuk yer alıb.

Madonna: “İstanbul üçün, Türkiyə üçün dua edin. Birinin digərini sevməsi niyə belə çətindir?”.

Enriki İglesias: “Qəlbim səninlə #İstanbul”.

Tim Kuk: “Dualarınız türk xalqı üçün #İstanbul”.

Naomi Kempbell: “Dualarım və sevgim İstanbul və Türkiyəyə ”.

Paris Hilton: “Üzüntü və dualarım bu qorxunc faciədən təsirlənən hər kəsə gəlsin”.

Şer: “Türkiyədəki hava limanında ölən bütün məsum insanlar üçün dua edirik”.
Geri dön