Ana Sayfa > Karusel / Gündəm / M2 > Türkiyədə növbəti terrorun qarşısı alındı

Türkiyədə növbəti terrorun qarşısı alındı


30-06-2016, 12:15. Yazar: Xeberaz
Türkiyədə növbəti terrorun qarşısı alındı

Suriya ilə Türkiyə sərhədində "canlı bomba" olduqları təsbit edilən iki terrorçu saxlanılıb
Xəbəraz.az lent.az-a istinadən bildirir ki, İŞİD üzvü olan bu terrorçular sərhədi qanunsuz keçməyə təşəbbüs göstəriblər. Onlar bir neçə dəfə xəbərdar edilsələr də qaçmağa başlayıblar.
Sonrakı araşdırmalar zamanı məlum olub ki, onlardan biri Ankara və Adanada "canlı bomba" aksiyası hazırlayırmış.
Zərərsizləşdirilən terrorçuların suriyalı olduğu və İŞİD üzvü kimi fəaliyyət göstərdikləri də müəyyənləşdirilib. Onların İŞİD-in əsas adamlarından hesab edilən "Ebu Ali" kod adlı Mustafa Dəmir ilə əlaqədə olduqları anlaşılıb. Saxlanılanlardan birinin adı Muhammad Arabdır ki, Ankara və Adanada "canlı bomba" aksiyalarını məhz o hazırlayırmış. Digərinin adı isə Muhanad Xaladdır.

Geri dön