Ana Sayfa > Karusel / Gündəm / M2 > Onlar layiqli cəzalarını alacaqlar – Millət vəkili

Onlar layiqli cəzalarını alacaqlar – Millət vəkili


30-06-2016, 01:02. Yazar: Xeberaz
Onlar layiqli cəzalarını alacaqlar – Millət vəkili

Türkiyə-Rusiya münasibətlərinin sağlamlaşdırılması istiqamətində atılan addımlar bizi nə qədər sevindirdisə, İstanbul şəhərinin Atatürk Hava Limanında baş verən terror aksiyası bizi bir o qədər və daha artıq kədərləndirdi.

Bu sözləri BAXCP sədri, millət vəkili Qüdrət Həsənquliyev partiyanın mətbuat xidmətinə açıqlamasında deyib. BAXCP sədri terroru lənətlədiyini və bu çətin günlərdə bütün Azərbaycan vətəndaşları kimi qardaş türk xalqı ilə birlikdə olduğunu vurğulayıb:

“Bu amansız cinayət nəticəsində ölənlərin ailələrinə başsağlığı verir, yaralılara Allahdan şəfa diləyirəm. Ümid edirəm ki, bu terror aksiyasını törədənlər və onların arxasında dayanan qüvvələr tezliklə öz layiqli cəzalarını alacaqlar”.
Geri dön