Ana Sayfa > Karusel / Dünya / M2 / Xəbəraz-ın debatı > 2016-cı il Türkiyə terrorları xronikası - Video
2016-cı il Türkiyə terrorları xronikası - Video30-06-2016, 00:45. Yazar: Xeberaz |
Çərşənbə axşamı İstanbulun Atatürk Hava Limanında 41 nəfərin həyatına son qoyub, daha 147 nəfəri isə yaralayan terror aktı törədildi. Bu dəhşətli partlayış Bakı vaxtı ilə təxminən 23.00 radələrində baş verdi. "Xəbəraz.az " “RİA”ya istinadən 2016-cı ildə Türkiyədə baş verən terror aktlarının xronikasını təqdim edir: İstanbul, 7 iyun İstanbulun Bəyazid bölgəsində polis avtomobilinə hücum edildi. Hücum nəticəsində 7-si polis olmaqla, 11 nəfər dünyasını dəyişdi, 36 nəfər isə yaralandı. Terror aktının məsuliyyətini Kürdüstan Azadlıq Şahinləri (TAK) öz üzərinə götürdü. Diyarbəkir, 12 may Diyarbəkir yaxınlığında, Sarıqamışda içində partlayıcı maddə olan avtomobil havaya uçuruldu. Maşının daxilində 10-15 ton arası partlayıcı maddə var idi. İnsident nəticəsində 16 nəfər öldü, 23 nəfər yaralandı. Ankara, 13 mart Ankaranın mərkəzi Qızılay meydanındakı avtobus dayanacağında terror aktı törədildi. Terror nəticəsində 37 nəfər vəfat etdi, 125 nəfər yaralandı. Terror aktının məsuliyyətini Kürdüstan Azadlıq Şahinləri (TAK) öz üzərinə götürdü. Ankara, 17 fevral Ankaranın mərkəzində bomba quraşdırılmış maşın partladıldı. İnsident nəticəsində 29 nəfər öldü, 61 nəfər yaralandı. Terror aktının məqsədi sözügedən əraziyə yaxınlaşmaqda olan hərbi maşını partlatmaq idi. Lakin sözügedən maşın işıqforda qırmızı işıqda durduğu üçün terrorçular öz məqsədlərinə nail ola bilmədi. İstanbul, 12 yanvar Sultanəhməd meydanında törədilən terror aktı nəticəsində 11 nəfər dünyasını dəyişdi, 15 nəfər yaralandı. Terroru Suriya əsilli, İŞİD üzvü kamikadze-terrorçu törətdi. Geri dön |