Ana Sayfa > Karusel / Gündəm / M2 > Ərdoğandan sərt çıxış: "İtkilər olacaq"

Ərdoğandan sərt çıxış: "İtkilər olacaq"


30-06-2016, 00:14. Yazar: Xeberaz
Ərdoğandan sərt çıxış: "İtkilər olacaq"

Bu mübarizədə yeri gələndə təhlükəsizlik qüvvələrimizdən, istərsə də mülki vətəndaşlarımızdan itkilərimiz oldu. Hələ də olur. Bu mübarizədə itkilər olacaq. Ancaq gec-tez terrora qalib gələcəyik.

"Xəbəraz.az " xəbər verir ki, bu açıqlama ilə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan çıxış edib.

"Türkiyə dünyanın ən əli qanlı terror təşkilatlarının hədəfində olan bir ölkə kimi ağır imtahandan keçir. Terrorun öhdəsindən gələcəyik, hər hansı bir şübhəm yoxdur. Gec və ya tez bu işin öhdəsindən gələcəyik. Bu mübarizədə yeri gələndə təhlükəsizlik qüvvələrimizdən, istərsə də mülki vətəndaşlarımızdan itkilərimiz oldu. Hələ də olur. Bu mübarizədə itkilər olacaq. Biz terror təşkilatlarının öldürdüyü hər bir canı şəhid olaraq görürük", - Ərdoğan vurğulayıb.
Geri dön