Ana Sayfa > Karusel / İqtisadiyyat / M2 / Texnologiya > Dünyanın ən ucuz smartfonu buraxıldı - 4 DOLLAR

Dünyanın ən ucuz smartfonu buraxıldı - 4 DOLLAR


29-06-2016, 17:53. Yazar: Xeberaz

Dünyanın ən ucuz smartfonu buraxıldı - 4 DOLLAR

İyunun 30-da Hindistanın “Ringing Bells” şirkəti tərəfindən istehsal olunmuş dünyanın ən ucuz smartfonu - "Freedom251" satışa çıxarılacaq.

"Xəbəraz.az "-ın Fins.az-a istinadən məlumatına görə, cihaz 251 rupi və ya 4 dollara satılacaq. Smartfon məhdud tirajla çıxacaq. Çox aşağı qiymətinə baxmayaraq, “Freedom 251”in xüsusiyyətləri büdcəli smartfonlara tam uyğun gəlir.
Smartfonun ekranı: 4
düym Prosessor: 4nüvəli, 1,3 GHz
Operativ yaddaş: 1 GB
Daxili yaddaş: 8 GB
İkili Simkart 3G dəstəkləmə
İki kamera: 8 Mp və 3,2 Mp
Akkumulyatorun həcmi: 1800 mAh
Əməliyyat sistemi: Android 5.1 Lollipop
Qeyd olunur ki, “Freedom 251” Hindistan hökümətinin dəstəyi ilə hazırlanıb. «Ringing Bells»in rəhbəri Moxita Qoelin sözlərinə görə, şirkət zərərə işləyir - cihazın maya dəyəri satış qiymətindən 2 dollar yüksəkdir. «Biz zərərə işləyirik, lakin mən çox xoşbəxtəm ki, «Rəqəmsal Hindistan» və «Hindistanda istehsal olunub» proqramlarının tərkib hissəsi olan kasıb və kənd Hindistanı internetlə əlaqələndirməklə bağlı a «Freedom 251»lə çatdım».
Geri dön