Ana Sayfa > Karusel / Hadisə / Foto-fakt / Xəbəraz TV > Çaqqallar 77 yaşlı qadına hücum etdi – Xaçmazda DƏHŞƏT

Çaqqallar 77 yaşlı qadına hücum etdi – Xaçmazda DƏHŞƏT


29-06-2016, 17:50. Yazar: Xeberaz
Çaqqallar 77 yaşlı qadına hücum etdi – Xaçmazda DƏHŞƏT
Xaçmaz rayonun Niyazabad kənd sakini 77 yaşlı Qızbəs İmaməliyeva yırtıcıların hücumuna məruz qalıb.

"Xəbəraz.az " -ın RTV-yə (Region TV) istinadən xəbərinə görə, günorta saatlarında həyətdə cücələri yemləyən qadına çaqqal sürüsü hücum edib. Səs-küyə həyətə çıxan Qızbəs İmaməliyevanın gəlini dəhşətli mənzərənin şahidi olub.

Zərərçəkən təcili Xaçmaz Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Yaralının üzərində bir saatdan çox əməliyyat aparılıb.

Ümumiyyətlə, son vaxtlar Xaçmaz rayonunda vəhşi heyvanların insana hücumu faktlarına tez-tez rast gəlinir. Bu il ərzində eyni diaqnozla Xaçmaz Rayon Mərkəzi Xəsətəxanasına bir neçə dəfə müraciət olunub.

Məlumat üçün bildirək ki, çaqqalların ilboyu ovlanmasına icazə verilir.

Geri dön