Ana Sayfa > Karusel / İqtisadiyyat / M2 > 20 Yanvar metrosunun girişi bağlanır - Foto

20 Yanvar metrosunun girişi bağlanır - Foto


29-06-2016, 10:41. Yazar: Xeberaz
20 Yanvar metrosunun girişi bağlanır - Foto
Metronun “20 Yanvar” stansiyasının I vestibülü iyulun 1-dən etibarən sərnişinlərin giriş-çıxışı üçün müvəqqəti bağlanacaq.

Bakı Metropoliteni QSC-dən verilən məlumata görə, buna səbəb 3 ədəd ET-5 tipli eskalatorun istismar müddətini başa vurmasıdır.

Metronun II vestibülü (Azərsu ASC, Respublika Velotreki, Moskva prospekti, Diaqnostika mərkəzi tərəf) isə əvvəlki qaydada sərnişinlərin giriş-çıxışı üçün açıq olacaq.

Qeyd edək ki, I vestibül bağlı olsa da, piyadalar keçiddən istifadə edə biləcəklər.
Geri dön