Ana Sayfa > Karusel / Hadisə / M2 > Göygöldə paytaxt sakini bıçaqlandı

Göygöldə paytaxt sakini bıçaqlandı


28-06-2016, 19:16. Yazar: Xeberaz
Göygöldə paytaxt sakini bıçaqlandı
Göygöldə bıçaqlanma olub.

APA-nın qərb bürosunun verdiyi məlumata görə, Bakı şəhər sakini, 1994-cü il təvəllüdlü Renat Nəbiyev döş qəfəsinin kəsilmiş deşilmiş yarası xəsarəti ilə Gəncə şəhər Təcili Tibbi Yardım xəstəxanasına yerləşdirilib. O dərhal əməliyyat olunub, vəziyyətinin orta ağır olduğu bildirilir.

Məlumata görə R. Nəbiyev Göygöl rayonun Azos adlanan ərazisində bıçaqlanıb.

Faktla bağlı hüququ mühafizə orqanları tərəfindən araşdırma aparılır.
Geri dön