Ana Sayfa > Karusel / Hadisə / M2 > Dənizdə batan şəxsin meyiti tapıldı

Dənizdə batan şəxsin meyiti tapıldı


28-06-2016, 22:28. Yazar: Xeberaz
Dənizdə batan şəxsin meyiti tapıldı
Bakıda dənizdə batan şəxsin cəsədi tapılıb.

Lent.az-ın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, Bakı şəhəri, Sabunçu rayonunda dənizdə (“Bilgəh-1” sularda xilasetmə məntəqəsindən, təxminən, 700 metr məsafədə, nəzarət olunmayan ərazidə) batmış 1997-ci il təvəllüdlü Yusifzadə Sahil İsrail oğlunun axtarışları başa çatıb.

S. Yusifzadənin cəsədi Xidmətin dalğıc-xilasediciləri tərəfindən batdığı yerdən, təxminən, 700 metr aralıda tapılaraq sudan çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.

Əməliyyat saat 19:40-da başa çatıb.
Geri dön