Ana Sayfa > Karusel / Hadisə / Foto-fakt > Bakıda qəbiristanlıq yanır

Bakıda qəbiristanlıq yanır


28-06-2016, 16:02. Yazar: Xeberaz
Bakıda qəbiristanlıq yanır
Bakının Səbail rayonu ərazisində, Bibiheybət qəbiristanlığında yanğın baş verib.

"Xəbəraz.az "-ın musavat.com-a istinadən xəbərinə görə, yanğın qəbiristanlıqdakı quru otlardan başlayıb.

Yanğın 2000 kv. metr ərazini əhatə edib. Məzarlar üçün təhlükə yaranıb.

Hadisə yerinə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin texnikası və canlı qüvvəsi cəlb edilib. Yanğının söndürülməsi üçün tədbirlər görülür. Yaxınlıqda yerləşən evlərə alov keçməməsi üçün dağın ətəyindən quru otun üzərinə qum tökülüb.

İlkin ehtimala görə, yanğına quru otun üzərinə siqaret atılması səbəb olub. Yanğının səbəbi dəqiqləşdirilir.
Geri dön