Ana Sayfa > Karusel / Hadisə / M2 > Kürdəmirdə üç maşın toqquşdu

Kürdəmirdə üç maşın toqquşdu


28-06-2016, 01:35. Yazar: Xeberaz
Kürdəmirdə üç maşın toqquşdu
Kürdəmirdə zəncirvari yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın yerli bürosunun xəbərinə görə, hadisə şəhərin Heydər Əliyev prospektində qeydə alınıb.

Kürdəmir rayon sakinləri, 1983-ci il təvəllüdlü Fariz Fazil oğlu Cəfərovun idarə etdiyi “LADA Priora” 1953-ci il təvəllüdlü Əjdər Abbas oğlu Məmmədovun idarə etdiyi “Nissan” la toqquşub.

Daha sonra “Lada” markalı minik maşını 1962-ci il təvəllüdlü Cəfər Tapdıq oğlu Cəfərovun yol kənarında saxladığı “VAZ-2106” markalı maşına çırpılıb.

Hadisə zamanı xəsarət alan olmasa da, hər 3 maşın yararsız hala düşüb. Faktla bağlı araşdırma aparılır.
Geri dön