Ana Sayfa > Karusel / İdman / M2 > İngiltərə darmadağın oldu - Yeniləndi
İngiltərə darmadağın oldu - Yeniləndi28-06-2016, 01:17. Yazar: Xeberaz |
18:55 Bu gün Avro-2016-nın səkkizdə bir final mərhələsinə yekun vurulacaq. Günün mərkəzi matçında İtaliya və İspaniya yığmaları saat 20:00-da üz-üzə gələcək. Oyunu türk hakim Cüneyt Çakır idarə edəcək. Saat 23:00-da isə İngiltərə və İslandiya komandaları qarşılaşacaq. Bununla da dörddə bir finala çıxan son iki komandanın adı müəyyənləşəcək. 20:34 İtaliya millisinin müdafiəçisi Giorgio Kiellini matçın 34-cü dəqiqəsində hesabı açdı: 1-0. 21:49 Qratsiano əsas vaxta əlavə edilmiş 2-ci dəqiqədə 2-ci topu İspaniyanın qapısından keçirdi: 2-0. 21:52 İspaniya millisi gözlənilmədən İtaliyaya məğlub oldu: 2-0. Növbəti mərhələyə vəsiqə qazanan İtaliya yığması Almaniya ilə qarşılaşacaq. 22:59 İngiltərə millisi 1/8 finalda İslandiya yığması ilə qarşılaşır. 23:05 İngiltərə yığmasının oyunçusu Ueyn Runi matçın 4-cü dəqiqəsində penalti zərbəsindən hesabı açdı: 1-0. 23:07 İslandiya buraxılan topun əvəzini 6-cı dəqiqədə çıxdı. Siqurdson hesabı bərabərləşdirdi: 1-1. 23:23 Siqurdson matçın 18-ci dəqiqəsində komandasını irəli keçirdi: 1-2. 00:51 İngiltərə millisi İslandiya ilə görüşdə 2-1 məğlub oldu. Bununla da İslandiya 1/4 finala vəsiqə qazandı. Geri dön |