Ana Sayfa > Karusel / Dünya / M2 > Ərdoğan Putindən üzr istəməyib? - Rəsmi açıqlama

Ərdoğan Putindən üzr istəməyib? - Rəsmi açıqlama


27-06-2016, 21:23. Yazar: Xeberaz
Ərdoğan Putindən üzr istəməyib? - Rəsmi açıqlama

Türkiyə Rusiya Su-24 təyyarəsi hadisəsi ilə əlaqədar yalnız təəssüfləndiyini bildirib.

Bunu Trend-ə Türkiyə Prezidentinin Administrasiyasından deyiblər: "Məktubda Ərdoğan Su-24-ün həlak olmuş pilotunun ailəsinə başsağlığı verib və Rusiya təyyarəsi hadisəsi ilə əlaqədar təəssüfləndiyini bildirib".

Qeyd ediblər ki, Türkiyə Rusiya ilə münasibətlərin normallaşmasının lehinə çıxış edir: "Ankara Moskva ilə iki ölkə arasında münasibətlərin normallaşdırılması üçün heç vaxt diplomatik kanalları bağlamayıb. Türkiyə və Rusiya arasında münasibətlərin normallaşması regionda böhranın həllinə müsbət təsir göstərəcək".
Geri dön