Ana Sayfa > Karusel / Dünya / M2 > Saakaşvili həbs olunacaq - Nazir

Saakaşvili həbs olunacaq - Nazir


27-06-2016, 20:18. Yazar: Xeberaz

Saakaşvili həbs olunacaq - Nazir

Sabiq prezidenti Mixail Saakaşvili Gürcüstana qayıdan kimi həbs olunacaq.

APA xəbər verir ki, bu barədə Gürcüstanın Ədliyyə naziri Teya Tsulukiani deyib.

"Mixail Saakaşvili Gürcüstan sərhədini keçən kimi, o, həbs olunacaq", - nazir bildirib.

M. Saakaşvili dövlət büdcəsindən 5 mln. dollar məbləğində vəsaiti şəxsi məqsədləri üçün istifadə etməkdə şübhəli bilinir.

Qeyd edək ki, cari ilin may ayında sabiq prezident bildirib ki, Gürcüstana qayıdacaq və aktiv şəkildə siyasi proseslərə qoşulacaq.
Geri dön