Ana Sayfa > Karusel / Gündəm / M2 > Nardaran hadisələrində saxlanılan 19 nəfərin işi yekunlaşır

Nardaran hadisələrində saxlanılan 19 nəfərin işi yekunlaşır


27-06-2016, 12:09. Yazar: Xeberaz
Nardaran hadisələrində saxlanılan 19 nəfərin işi yekunlaşır

Nardaran hadisələri ilə saxlanılan Taleh Bağırov başda olmaqla digər 18 nəfərin barəsində olan cinayət işi yekunlaşmaq üzrədir.

Bu barədə vəkil Fəxrəddin Mehdiyev məlumat verib. O bildirib ki, cinayət işinin materialları ilə tanışlıq başa çatıb: “Vəsatətlər vermişik. İstintaq orqanı tərəfindən vəsatətlərimizə cavab gözləyirik. Müdafiə etdiyim AXCP sədrinin müavini Faud Qəhrəmanlı ilə bağlı cinayət işi üzrə xitam verilməsini istəmişəm. Ümülikdə cinayət işi yaxın günlərdə məhkəməyə göndəriləcək”.
Qeyd edək ki, ötən il noyabrın 26-da hüquq-mühafizə orqanlarının əməkdaşlarının Bakının Nardaran qəsəbəsində keçirdikləri xüsusi əməliyyat zamanı T. Bağırov da daxil olmaqla 60-dan çox şəxs saxlanılıb.
Geri dön