Ana Sayfa > Karusel / Dünya / M2 > Erməni polisi Papaya sual vermək istəyəni oğurladı

Erməni polisi Papaya sual vermək istəyəni oğurladı


26-06-2016, 18:02. Yazar: Xeberaz
Erməni polisi Papaya sual vermək istəyəni oğurladı

Polis uniformasında bir qrup insan Gümrüdə siyasi dustaq Şanta Artünyanın 17 yaşlı oğlunu Şaqeni oğurlayaraq polis avtomobilində saxlayır.

Trend-in verdiyi xəbərə görə, bu barədə Feysbuk səhifəsində Gümrü Ağsaqqallar Şurasının üzvü Levon Barseqyan yazıb.

"Mən Şaqen ilə telefonla danışdım. O bildirib ki, Gümrü mərkəzi meydanı yaxınlığında bir qrup insan onu qaçırıb və naməlum istiqamətə aparır", - Levon Barseqyan bildiridi.

İrəvan Ağsaqqallar Şurasının üzvü, "İrs" partiyasının təmsilçisi David Sanasaryan sosial şəbəkəsində hadisəyə münasibət bildirib: "Şaqen Roma Papasına bildirmək istəyirdi ki, Ermənistanda təqribən 20 siyasi məhbus var. Bu cür davranış insan hüquqlarının kobud şəkildə pozulmasıdır".

Geri dön