Ana Sayfa > Karusel / İdman / M2 / Xəbəraz TV > Kolumbiya ABŞ-a şans vermədi - Video

Kolumbiya ABŞ-a şans vermədi - Video


26-06-2016, 15:56. Yazar: Xeberaz
Kolumbiya ABŞ-a şans vermədi - Video

ABŞ-da keçirilən Amerika kuboku sona yaxınlaşır.

"Xəbəraz.az " xəbər verir ki, artıq bürünc medalın sahibi bəllidir. 3-cü yer uğrunda oyunda ABŞ-la Kolumbiya qarşılaşıb. Meydan sahibləri minimal hesabla məğlub olaraq, medal qazana bilməyiblər - 0:1.

Yeganə qolu qarşılaşmanın 31-ci dəqiqəsində Kolumbiyanın hücumçusu Bakka vurub. Qarşılaşmaya əlavə olunmuş vaxtda hakim 2 qırmızı vərəqə göstərib. ABŞ-dan Maykl Orosko, Kolumbiyadan isə Santyaqo Aryas meydandan qovulub.

Amerika kubokunun finalında Argentina və Çili üz-üzə gələcək.

Geri dön