Ana Sayfa > Karusel / Dünya / M2 > İspaniya növbədənkənar seçki keçirir

İspaniya növbədənkənar seçki keçirir


26-06-2016, 13:02. Yazar: Xeberaz


İspaniya növbədənkənar seçki keçirir
İspaniyada növbədənkənar parlament seçkiləri keçirilir.

Trend-in verdiyi məlumata görə, ölkənin seçkilərdə iştirak etmək hüququ olan 36,5 milyon vətəndaşı seçki məntəqəsində səs verərək 350 deputat və 208 senator seçəcək.

Bu, yarım il ərzində İspaniyada keçirilən ikinci parlament seçkiləridir. Bundan əvvəl seçkilər dekabrın 20-də keçirilib.

Səsvermə yerli vaxtla saat 20.00-da başa çatacaq.
Geri dön