Ana Sayfa > Karusel / Hadisə / Foto-fakt > Daşkəsəndə "KamAZ" dərəyə aşdı

Daşkəsəndə "KamAZ" dərəyə aşdı


26-06-2016, 11:10. Yazar: Xeberaz
Daşkəsəndə "KamAZ" dərəyə aşdı
Daşkəsəndə “Kamaz” markalı yük avtomobili aşıb.

APA-nın qərb bürosunun verdiyi məlumata görə hadisə Daşkəsən şəhərinin İsmət Qayıbov küçəsində qeydə alınıb.

Mingəçevir şəhər sakini 1979-cu il təvəllüdlü Şəqaiq Süleymanov idarə etdiyi “Kamaz” la qum daşıyan zaman avtomobil idarəetmədən çıxıb və maşın yolun kənarında olan dərəyə aşıb. Qəza zamanı sürücü müxtəlif bədən xəsarətləri alıb. O əvvəlcə Daşkəsən Mərkəzi rayon xəstəxanasına daha sonra isə Gəncə şəhər Təcili Tibbi Yardım xəstəxanasına aparılıb.

“Kamaz” rayonda su çəkilişi ilə məşğul olan şirkətə məxsus olub və o qum daşıyırmış.

Faktla bağlı daşkəsən rayon Polis Şöbəsində araşdırma aparılır.
Geri dön