Ana Sayfa > Karusel / İdman / M2 > Boksçularımız tarix yazdı

Boksçularımız tarix yazdı


25-06-2016, 18:34. Yazar: Xeberaz
Boksçularımız tarix yazdı
Azərbaycanın boks yığması tarixdə ilk dəfə olaraq olimpiadada tam heyətlə təmsil olunacaq.

"Xəbəraz.az " xəbər verir ki, Bakıda keçirilən boks üzrə Dünya Təsnifat Turniri çərçivəsində 75 kq-da çıxış edən təmsilçimiz Kamran Şahsuvarlı Rio-2016 Yay Olimpiya Oyunlarına lisenziya qazanıb.

Belə ki, turnirin finalında türkmənistanlı rəqibinin döyüşə çıxmaqdan imtina etməsi ilə boksçumuz yığmamıza növbəti olimpiya vəsiqəsi qazandırıb.

Beləliklə, kişi boksçulardan ibarət Azərbaycan yığması tarixdə ilk dəfə olaraq olimpiadada tam heyətlə təmsil olunacaq.

Qeyd edək ki, turnirə bu gün yekun vurulacaq.
Geri dön