Ana Sayfa > Karusel / Dünya / M2 > Poroşenko: “Rusiyadan qorunmaq üçün...”

Poroşenko: “Rusiyadan qorunmaq üçün...”


25-06-2016, 18:20. Yazar: Xeberaz

Poroşenko: “Rusiyadan qorunmaq üçün...”
Ukrayna hərbi aviasiyasının gücünü mükəmməl həddə çatdırmalıyıq.

"Xəbəraz.az " xəbər verir ki, bu sözləri Ukrayna Prezidenti Pyotr Poroşenko Xarkovda zabitlərin buraxılış mərasimində deyib.

“Bu gün bizim aviasiyamızın əsas məqsədi güclənməklə Rusiyanın ambisiyalarından qorunmaq, o cümlədən, aqressiv hərəkətlərə tutarlı cavab vermək olmalıdır”, - Poroşenko əlavə edib.

Xatırladaq ki, Poroşenko ötən gün Britaniyanın Avropa Birliyindən çıxmasına baxmayaraq, Rusiyaya qarşı sanksiyaların qüvvədə qalacağına ümid etdiyini bildirib.
Geri dön