Ana Sayfa > Karusel / Dünya / M2 > Yıldırım: “Artıq bizim sözümüzün mənası yoxdur”

Yıldırım: “Artıq bizim sözümüzün mənası yoxdur”


24-06-2016, 18:46. Yazar: Xeberaz

Yıldırım: “Artıq bizim sözümüzün mənası yoxdur”
Avropa Birliyi Böyük Britaniyanın qərarından nəticə çıxarmalı və gələcəyini nəzərdən keçirməlidir.
"Xəbəraz.az "xəbər verir ki, bu sözləri Türkiyənin Baş naziri Binəli Yıldırım deyib.

O bildirib ki, Türkiyə Avropa Birliyinə üzvlük yolunda çalışır:

“İngiltərə xalqının bu qərarı, ümid edirəm ki, doğru və xeyirli olar. Bizim sözlərimizin heç bir mənası yoxdur. Qərarın birbaşa aidiyyəti olduğu Avropa Birliyi bundan nəticə çıxarmalı və gələcəyini nəzərdən keçirməlidir. Türkiyə Avropa Birliyinə üzvlük yolunda çalışır. Biz AB-nin güclənməsindən yanayıq. Bu, bölgənin, Avropanın təhlükəsizliyi və sabitliyi baxımından önəmli məsələdir. Bizim AB-yə tam üzvlüklə bağlı yekun qərarımızı türk milləti verəcək”.
Geri dön