Ana Sayfa > Karusel / Şou-Biznes / Fotogalereya > Arzu Mirzayevadan xəbərdarlıq – “Ağzıgöyçəkləri səhifəmdən yox etmişəm...”

Arzu Mirzayevadan xəbərdarlıq – “Ağzıgöyçəkləri səhifəmdən yox etmişəm...”


24-06-2016, 17:57. Yazar: Xeberaz
Arzu Mirzayevadan  xəbərdarlıq – “Ağzıgöyçəkləri səhifəmdən yox etmişəm...”

"Xəbəraz.az " -in məlumatına görə, gənc müğənni Arzu Mirzayeva instagramda ünvanına ağzına gələni yazanlara sərt sözlərlə xəbərdarlıq etdi:
"Səhifəmdə özünü “Dünya ulduzu”, “Best model” və sair hesab edənlər, kimə xoş deyil səhifəmi tərk edə bilər. Heç kimi məcbur saxlamıram ki, məni izləsin. Kimə xoş deyil yolu açıq olsun! Artıq insanları, şəkillərimə baxıb orda burda ağzına gələni danışan, ağzıgöyçəkləri səhifəmdən yox etmişəm. “Follow”umda qalanlar da kimə xoş deyil “unfollow” edə bilər. Az insan çox hüzür.”
Onu da xatırladaq ki, Arzu bir zamanlar əməkdar artist Röya Ayxanın bek-vokalçısı kimi çalışıb.
Geri dön