Ana Sayfa > Karusel / Dünya / M2 > Domino effekti: Fransa da AB-dən çıxmaq istədi

Domino effekti: Fransa da AB-dən çıxmaq istədi


24-06-2016, 13:25. Yazar: Xeberaz

Domino effekti: Fransa da AB-dən çıxmaq istədi
Fransa da Böyük Britaniya kimi Avropa Birliyindən çıxmalıdır.

"Xəbəraz.az " xəbər verir ki, bu barədə bəyanatı öz Tvitter səhifəsində Fransanın Milli Cəbhə Partiyasının sədri Marin Le Pen paylaşıb. O, Fransada da bununla bağlı referendum keçirilməsini tələb edib.

Qeyd edək ki, Marin Le Pen Fransa ultrasağçılarının lideridir. Parisdəki teraktlardan sonra məhz onun partiyasının əhali arasında nüfuzu güclənib. Hazırda Le Pen eks-prezident Nikolya Sarkozidən sonra ölkədə ən çox dəstəklənən siyasətçi hesab edilir. O, Avropa Birliyinin əsas əleyhdarlarından biridir.

Xatırladaq ki, dünən Britaniyada keçirilən referendumda seçicilərin 52%-i ölkənin Avropa Birliyindən çıxmasına səs verib.

Geri dön