Ana Sayfa > Karusel / Dünya / M2 > Britaniya və Fransanın fond indeksləri çökdü
Britaniya və Fransanın fond indeksləri çökdü24-06-2016, 13:08. Yazar: Xeberaz |
Böyük Britaniyanın fond indeksi FTSE100 8,4% dəyər itirib. "Xəbəraz.az " xəbər verir ki, Britaniya ilə yanaşı, Fransanın fond indeksi də CAC 8,7% ucuzlaşıb. Qeyd edək ki, bu gün Britaniya pul vahidi funt sterlinq də ucuzlaşıb. Funt sterlinq ABŞ dollarına nisbətdə 10% dəyər itirərək, 1,36 dollar olub. Bundan başqa, Çin fond bazarlarında da ucuzlaşma qeydə alınıb. Ən böyük dəyər itkisi Honkonqda (5,4%) olub. Xatırladaq ki, dünən Britaniyada keçirilən referendumda əhalinin 52%-i ölkənin Avropa Birliyindən çıxmasına səs verib. Geri dön |