Ana Sayfa > Karusel / M2 / Qarabağdan xəbər var > Qarabağda intihar edən əsgərin komandiri tutuldu

Qarabağda intihar edən əsgərin komandiri tutuldu


23-06-2016, 21:17. Yazar: Xeberaz

Qarabağda intihar edən əsgərin komandiri tutuldu
Ermənistan ordusunun əsgəri, 19 yaşlı Qrant Qriqoryanın Azərbaycanın işğal altında olan Dağlıq Qarabağda özünü öldürməsində təqriskar bilinən “N” saylı hərbi hissənin tağım komandiri saxlanılıb.

Modern.az bildirir ki, leytenant rütbəli komandirin zorakılığı, qəddar rəftarı nəticəsində əsgər intihar edib.

İstintaqdan verilən məlumata görə, bu davranışlara tab gətirməyən əsgər iyunun 17-də tapança ilə öz ağzından atəş açıb. Bu da onun ölümü ilə nəticələnib.

Geri dön